insanhaqlari.az

Venesuelada daxili problemlər qaz hasilatına mane olur

27-07-2024 Baxılıb: 0

Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada səkkizinci, Latın Amerikasında birinci, ötən il isə onun istehsalına görə dünyada 25-ci yerdə qərarlaşıb.

“Gas Energy Latin America” konsaltinq şirkətinin məlumatına görə, bu il bu Cənubi Amerika ölkəsində hasilat gündəlik 2,2 milyarddan (2016-cı il) 1,2 milyard kub metrə düşüb.

İstehsalın dirçəldilməsi qonşu ölkələrdə yaranan çatışmazlığı yumşalda və həmçinin Venesuelaya çox lazım olan sabit valyutada gəlirlər gətirə bilər.

İyulun 28-də keçiriləcək prezident seçkiləri ərəfəsində qaz əsas problem olaraq qalır. Kimin qalib gələcəyindən asılı olmayaraq, yeni hakimiyyət OPEC üzvü olan ölkənin qaz sənayesinə investisiyaların təmin edilməsi kimi çətin vəzifə ilə qarşılaşacaq.

Venesuela Prezidenti Nikolas Maduronun administrasiyası ötən ildən xarici şirkətlərə qaz layihələri ilə bağlı təklifləri aktivləşdirib. Lakin bir çox şirkətə uzun müddətdir ödənilməmiş borclar, ABŞ sanksiyaları və tələb olunan böyük investisiyalar irəliləyişi məhdudlaşdırır.

Ölkənin 150 milyard dollarlıq borcunun restrukturizasiyasiyası, eyni zamanda özəl sektorun rolunu köklü şəkildə genişləndirməklə bağlı təkliflər səsləndirilib ki, bu da analitiklərin fikrincə illər çəkəcək. Venesuelanın problemləri inkişafa mane olur.

Kolumbiya, Braziliya, Trinidad və Tobaqo kimi qonşu ölkələr və bir çox Avropa ölkəsi Venesuelada hasilatın artırılması ilə qaz qıtlığının aradan qalxacağına ümid edir. Onlar qaz layihələrini sanksiyalardan azad etmək üçün ABŞ Prezidenti Cozef Baydenin administrasiyasına müraciət ediblər.

Venesuelanın təqribən 200 milyard kub metr kəşf edilmiş qaz ehtiyatı hələ də istifadə olunmamış qalır.

“Venesuelada təbii qaz hasilatı tarixən onun potensialına nisbətən məhdud olub”, - deyə ABŞ Enerji İnformasiya İdarəsinin (Eİİ) hesabatında deyilir. Bu vəziyyət pis investisiya mühiti və infrastrukturun yoxluğu ilə əlaqələndirilir. Venesuelada qaz hasilatının təxminən 80 faizi neft hasilatına bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930