insanhaqlari.az

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb

19-07-2024 Baxılıb: 4

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə polisə məlumat verib.

Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər 3 təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib.

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb.

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930