Elçin Yusubov: "Yaxın müddətdə Xocalıya 50 ailə köçürüləcək"
"Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib".
"Report " xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək:
"Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub".