Emin Hüseynov ilkin mərhələdə Xocavəndə köçürüləcək ailələrin sayını açıqladı
"Bu ilin sonuna kimi Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub".
"Report "un məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Azərbaycanda" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Xocavənd şəhərinə bitişik kənd Xocavənddə də hazırda təmir işləri aparılır.