insanhaqlari.az

“Falcon 9” internet peyklərini lazımı orbitə çıxara bilməyib

12-07-2024 Baxılıb: 4

“Falcon 9” internet peyklərini lazımı orbitə çıxara bilməyib

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet sisteminin 20 ədəd mini peykini lazımi orbitə çıxara bilməyib.

Buraxılışı zamanı “Falcon 9” raketinin ikinci pilləsi işə düşməyib və nəticədə “Starlink” peykləri daha aşağı orbitə yerləşdirilib. Artıq beş peyklə əlaqə qurmağa müvəffəq olan “SpaceX” kompaniyası onları ion mühərrikləri vasitəsilə lazımi orbitə çıxarmağa çalışır.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 72 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930