Portuqaliyanın cənubundakı Alqarve bölgəsinə yağan güclü yağış sel fəlakətinə səbəb olub.
Bildirilib ki, Albufeyra rayonunda küçələr cəmi 5 dəqiqədə su altında qalıb. Yağış səbəbindən rayonda iş yerləri su altında qalarkən, Monkarapaço bölgəsində avtomobilləri sel suları aparıb.
Ölkənin cənubunda yerləşən Faro bölgəsində bu gün yerli vaxtla saat 21:00-a qədər güclü daşqın xəbərdarlığı edilib.