Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.
ADY-dən bildirilib ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64 faiz və 33 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.