Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Ağac kollarının introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi əməkdaşları bir çox yeni növlərin bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparıblar.
Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, ətirli başınağacı, jasmin, ikirəngli zabeliya, yapon kameliyası, tikanlı iydə, yapon birgözü, yapon gərməşov növləri Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində öyrənilir.