Bakıda mağaza yandırıldı - Saxlanılan var
Bakıda əmlakı qəsdən məhv etmə halı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, iyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.