insanhaqlari.az

Qərbi Balkanlarda qış aylarının kabusu

28-11-2024 Baxılıb: 0

IMG

Qərbi Balkan ölkələri Bosniya və Herseqovina, Şimali Makedoniya, Kosovo və Serbiyada qış ayları yaxınlaşdıqca “havanın çirklənməsi” problemi yenidən gündəmə gəlməyə başlayıb. Hava keyfiyyəti texnologiyası şirkəti IQAir tərəfindən paylaşılan məlumatlara görə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Kosovo və Serbiyanın bir çox şəhərləri "dünyanın ən çox hava çirkliliyinə malik şəhərləri" arasında yer alır.

Mütəxəssislərin fikrincə, köhnə model minik avtomobillərinin, pikap və ticarət avtomobillərinin, eləcə də isitmə üçün istifadə olunan aşağı kalorili yanacaqların işlənmiş qazları nəticəsində yaranan havanın çirklənməsi də sağlamlığa mənfi təsir göstərir.

Bosniya və Herseqovina qış aylarında dünyanın ən çirkli havası olan ölkələr sırasındadır. Xüsusilə paytaxt Sarayevo, Tuzla və Zenica kimi böyük şəhərlərdə havanın çirklənməsi insanların həyat keyfiyyətinə birbaşa təsir edir. Mütəxəssislər bildirirlər ki, Bosniya və Herseqovinada təbii qazdan istifadənin genişləndirilməsi, bərk yanacağın istifadəsinin azaldılması və qanuni tənzimləmələrlə nəzarətin artırılması ilə havanın çirklənməsinin qarşısını almaq olar.

Dünya Bankının məlumatına görə, hər il Bosniya və Herseqovinada orta hesabla 3300 nəfər havanın çirklənməsi ilə bağlı səbəblərdən erkən yaşda ölür. Minlərlə insan tənəffüs və ürək-damar xəstəlikləri ilə xəstəxanalara müraciət edir. Havanın çirklənməsi xüsusilə uşaqlara və yaşlılara təsir edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031