insanhaqlari.az

"Narkotikə qarşı mübarizə İFA-da müzakirə edildi - FOTO"

06-07-2024 Baxılıb: 5

 

Milli Cəbhə Partiyası (İFA) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirib. 

Tədbirdə MCP sədri, deputat Razi Nurullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi -nin sədri Emil Maqalov, Polisə Dəstək İB-ni sədri Şəmsəddin Əliyev, MCP sədrinin birinci müavini Rafiq Daşdəmirli və digərləri iştirak ediblər.

Emil Maqalov çıxışında artımın əsas səbələrindən danışıb:

“Əvəlki narkotiklərlə indikilər arasında ciddi fərq var. Əvvəlkiləri istifadə etmək üçün 3-4 əşya lazım idi, indi isə heçnə lazım deyil. Onun özünü tapmaqla məsələ həll olunur.

Satış məsələsində problem odur ki, 70 % həmin narkomanların özləri məşğul olur satışla. Aludəçi olur, sonra doza artır, pul tapmır və başlayır ya oğurluq etməyə, ya da özü narkotikin satışıyla məşğul olmağa ki, narkotik əldə edə bilsin. 

Əsas problemlərdən biri mülaicə məsələsidir. Pulu olmayana yer yoxdur.

Bəzi ailələrin uşaqla ətraflı məşğul olmağa zamanı olmur, imkanı olmur. Valideyn işdə olur, bilmir uşağı nə ilə məşğuldur. Bununla məşğul olmalıdır məktəb psixoloqu. Məktəb psixoloqlarının isə demək olar 50%-nin narkotikdən xəbəri yoxdur. Psixoloqların öncə əmək haqqı qaldırılmalı, onlara lazımı şərait yaradılmalıdır ki, onlar da uşaqlarla normal məşğul ola bilsinlər. Bu gün çox məktəblərdə psixoloqlar tam fəaliyyətsizdirlər.

Məktəblərdə iclaslara, müzakirələrə əsasən həssas, təhlükəyə meyilli uşaqlar cəlb edilməlidir, tərbiyəli, yaxşı oxuyan, nümunəvi ailə uşaqları yox. Və biz uşaqlarla onların öz dillərində danışmalıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930