insanhaqlari.az

Şamaxı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

05-07-2024 Baxılıb: 11

 

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Belə ki, Şamaxı şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 9125 təsərrüfatdan 3093 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Muğanlı, Meysəri, Böyük Xınıslı, Şəhriyar, Avaxıl, Ərçiman, Dəmirçi, Səfalı, Qaleybuğurd, Əngəxaran, Muğanlı, Şərədil, Günəşli, Şirvanzadə, Qurdtəpə, Mirikənd, Qaravəli, Məlcək, Kərkənc, İkinci Cabanı, Qonaqkənd, Cabanı, Həmyə, İkinci Çaylı, Çarhan, Adnalı, Sabirli, Nüydi, Göylər, Məlikçobanlı, Dağ Bağırlı, Birinci Çaylı, Laləzar, Quşçu, Bağırlı, Ovçulu, Hacıqədirli, Göylər Çöl kəndləri və Pirqulu, Mədrəsə, Sabir, Yusif Məmmədəliyev qəsəbələrində 12214 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 8859 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930