insanhaqlari.az

İcma: ABŞ səfirliyinin bəyanatı həqiqətdən uzaqdır

24-12-2024 Baxılıb: 3

IMG

ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatını qınayırıq.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir ki, “bəyanat məzmun baxımından əsassız, manipulyativ və həqiqətdən uzaqdır.

Mövcud ABŞ administrasiyasının insan hüquqlarının təşviqi adı altında fəaliyyəti tamamilə zərərlidir və hüquq anlayışı ilə bir araya sığmır.

ABŞ administrasiyası Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulması kimi kütləvi insan hüququ problemini gözardı etmiş və faktiki olaraq onlara qarşı etnik və dini əsasda ayrı-seçkiliyə yol vermişdir. Bu ayrı-seçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir.

Biz hazırkı ABŞ administrasiyasını, heç olmasa, son günlərində insan hüquqlarını siyasi məqsədləri üçün alət etməkdən çəkinməyə çağırır və Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması kimi əsl insan hüquqları məsələsini müdafiə etməyə və bu haqq işinə dəstək verməyə səsləyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930