insanhaqlari.az

Gimnaziyada “Mədəni irsimiz dünən və bu gün” mövzusunda tədbir keçirildi

14-12-2024 Baxılıb: 4

 13 dekabr 2024-cü il  tarixində S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında Quba “Soyqırımı Memorial Kompleksi” nin gimnaziya ilə birgə təşkilatçılığı ilə “Mədəni irsimiz dünən və bu gün” mövzusunda tədbir keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.  
Tədbiri Gimnaziyanın direktoru İlqar Talıbov açaraq bildirdi ki, Azərbaycan dövləti və xalqı öz tarixi, əzəli torpaqlarında haqlı və beynəlxalq hüquqa söykənən mübarizəsini davam etdirərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasıın Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik etdiyi müzəffər ordumuz 30 ilə yaxın işqal olunmuş tarixi Azərbaycan torpaqlarında anti-terror əməliyyatı həyata keçirdi, torpaqlarımız işğaldan azad edilməklə yanaşı, təcavüzkar Ermənistan dövlətinin beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə xalqımıza qarşı etdiyi etnik təmizləmə, köçürülmə, soyqırımı və vandalizmin qisasını aldı.  
Ermənistan Respublikası işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi təcavüz, vandalizm və terror əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır. Hazırda Ermənistan Respublikasının təcavüzü nəticəsində dağıdılmış Azərbaycan tarixi, maddi-mənəvi abidələri araşdırılır. Qarabağda quruculuq və tarixi abidələrin bərpasına gəlincə, işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri planlı, sistemli, və layihələndirilmiş şəkildə həyata keçirilir. Bu baxımdan “Mədəni irsimiz dünən və bu gün” mövzusunda buğünkü   tədbir təhsilalanlar üçün xüsusi önəm təşkil edir.
          “Mədəni irsimiz dünən və bu gün” mövzusunda “Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin aparıcı mütəxəssisi Nazilə Məmmədova çıxışında Qarabağın maddi-mənəzi irsi haqqında ətraflı məlumat verdi.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosnet Sübhan Talıblı Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosail-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı geniş çıxış etdi.
Sonda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin aparıcı mütəxəssisi Nazilə Məmmədova tədbirin təşkilinə görə gimnaziyanın rəhbərliyini və çıxış edən şagirdləri Təşəkkürnamə və sertifikatlarla təltif etdi, Gimnaziya kitabxanasına soyqırımla bağlı kitab, CD broşurlar hədiyyə etdi.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031