insanhaqlari.az

Yaponiyada festivalda Azərbaycan xalçaçılıq sənəti barədə məlumat verilib

28-11-2024 Baxılıb: 0

IMG

Yaponiyada yaşayan həmyerlimiz Minarə Şükürova ölkəmizi Tanabe şəhərində keçirilən “Lifelong Learning Festival”da (“Ömürboyu Öyrənmə Festivalı”) təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hər ilin noyabr ayında təşkil olunan bu festivalın məqsədi yerli əhaliyə müxtəlif mədəniyyətləri öyrənmə imkanları təmin etmək və şəhərdə həyata keçirilən təhsil layihələri haqqında vətəndaşları geniş məlumatlandırmaqdır.

Həmyerlimiz festivalda bu il Azərbaycan xalçaları haqqında guşə yaradıb, təqdimat hazırlayıb və yüzdən çox yerli qonağa, əsasən də məktəblilərə müxtəlif bölgələrin xalçaları haqqında geniş məlumat verib. Azərbaycan guşəsini milli xalçalar və milli atributlarla bəzəyən Minarə Şükürova qonaqlara xalçalarımızın UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmasından və Bakıda fəaliyyət göstərən Milli Xalça Muzeyindən bəhs edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031