insanhaqlari.az

Karib hövzəsini vuran Beril qasırğasının intensivliyi 5-ci kateqoriyaya yüksəlib

02-07-2024 Baxılıb: 15

Karib hövzəsini vuran Beril qasırğasının intensivliyi 5-ci kateqoriyaya yüksəlib

Atlantik okeanında formalaşan Beril qasırğasının intensivliyi artıb.İlkin məlumatlara görə, qasırğa nəticəsində 1 nəfər ölüb.
CNN-in məlumatına görə, Beril qasırğası 2005-ci ildə Emili qasırğasından sonra 5-ci kateqoriyaya çatan ikinci Atlantik qasırğası olub.ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada qasırğanın sürətinin saatda 257 kilometrə çatdığı bildirilib.
Açıqlamada qasırğanın intensivliyinin yaxın günlərdə dəfələrlə dəyişəcəyi, qasırğanın Karib dənizinin mərkəzində və Yamaykaya doğru irəlilədikcə də intensivliyini qoruyacağı bildirilib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 11:00-da saatda 241 kilometr sürətlə Qrenadanın Karriaku adasını vuran qasırğa nəticəsində bir nəfər ölüb.
Ölkədə elektrik və su kəsilib, Union adasındakı yaşayış məntəqəsinin 90 faizi zədələnib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930