insanhaqlari.az

Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq

27-03-2025 Baxılıb: 0

Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq


“Ukrayna Fransadan daha çox “Mirage” qırıcıları alacaq. Bu cür aviasiya vasitələri Ukrayna səmasını qoruyacaq”.

Bunu Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.

Zelenski verilən “Mirage” döyüş təyyarələrinə görə Makrona təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, onlar artıq Ukraynanın hava qalxanının bir hissəsinə çevriliblər.

Zelenski qeyd edib ki, qırıcılar ilk növbədə ruslar tərəfindən atılan “Şahed”lərdən və digər hücum dronlarından müdafiəyə kömək edir.

“Mirage” qırıcı təyyarələrinin sayını artırmağı müzakirə etdik”, - deyə Prezident əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930