SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.
05 iyul saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Masallı və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-329-66-96) müraciət edə bilərlər.