insanhaqlari.az

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

04-07-2024 Baxılıb: 12

 

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev həyata keçirilən tədbirlərlə saxlanılıb. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930