ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb
Abşeron rayonu Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar Xırdalan şəhərinin su təchizatı saat 22:00-dan dayandırılıb.