Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.
Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş, övladlarının dövlətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildiriblər.
Sonda xatirə fotoşəkli çəkdirilib.