insanhaqlari.az

Pakistandan Azərbaycan ərazisi ilə külli miqdarda narkotikin tranzit yolla keçirilməsinin qarşısı alınıb

03-07-2024 Baxılıb: 8

 

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısını alıb.

insanhaqlari.az DGK-ya istinadən xəbər verir ki, komitənin Baş İdarənin Gömrük risklərinin idarəolunması şöbəsindən daxil olan məlumat əsasında Azərbaycandan tranzit keçməklə Pakistandan Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli bağlamalara “Alfa” ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6 356 qram narkotik vasitə-həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930