insanhaqlari.az

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

04-07-2024 Baxılıb: 8

 

2024-cü ilin II rübündə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin ümumi məbləği 1 milyard 438 milyon 696 min 627 AZN, 32 milyon 682 min 344 dollar təşkil edib.

MDM-dan   bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının notları üçün 798 milyon 700 min AZN, dövlət istiqrazları üçün əsas məbləğ üzrə 492 milyon 500 min AZN, kupon üzrə isə 95 milyon 940 min 573 AZN ödəniş həyata keçirilib. Mərkəzi depozitar investorlara korporativ istiqrazlar üçün əsas məbləğ üzrə 48 milyon 250 min AZN, 30 milyon dollar, kupon üzrə isə 3 milyon 306 min 054 AZN, 2 milyon 684 min 344 dollar ödəniş edib.

Ümumi yanaşmada Milli Depozit Mərkəzi investorlara əsas məbləğ üzrə 1 milyard 339 milyon 450 min AZN və 30 milyon dollar kupon üzrə isə 99 milyon 246 min 627 AZN, 2 milyon 682 min 344 dollar məbləğində vəsait ödəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930