insanhaqlari.az

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir

18-11-2024 Baxılıb: 0

IMG

Növbəti dəfə Azərbaycanda beynəlxalq idman tədbiri keçirilir.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlə bağlı danışarkən deyib.

O bildirib ki, müxtəlif qonaqların burada olması müsbət məqamdır: “Tədbirin COP29 çərçivəsində keçirilməsi vacibdir. Bu gün Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb. Bilirsiniz ki, su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir. Bu yolda idmançıların da töhfəsi böyükdür. Buna görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm”.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930