Şimal-qərb regionunda icma əsaslı məktəbəqədər təhsil qruplarına 1200 uşaq cəlb olunub
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 85 ümumi təhsil məktəbində 100 icma əsaslı məktəbəqədər təhsil qrupu yaradılıb və bu qruplara, ümumilikdə, 1200 uşaq cəlb edilib.
Bu barədə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda, məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.