insanhaqlari.az

Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib

17-10-2024 Baxılıb: 0

Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən  bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Çin arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.

Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.

Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, həmçinin Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.

Bakının Çin və Avropa arasında mühüm tranzit mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930