insanhaqlari.az

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

13-10-2024 Baxılıb: 0

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

Çinin Fucien vilayətində dənizdə 26 meqavat gücündə külək enerjisi turbini quraşdırılıb. Bu, hazırda dünyanın ən böyük külək enerjisi turbinidir.

Turbinin dirəyinin hündürlüyü 63 mərtəbəli bina səviyyəsində, yəni 186 metrdir. Diametri 310 metrdən çox olan rotorun əhatə etdiyi ərazi 10 standart futbol meydançasının sahəsini aşır. Bu, həm güc, həm də ölçü baxımından dünyanın ən böyük turbinidir.

Çinin yaşıl inkişaf sahəsindəki nailiyyətlərini əks etdirən turbin xüsusi olaraq orta-yüksək külək sürəti üçün layihələndirilib. O saniyədə 10 metr sürətlə əsən külək sayəsində illik 100 milyon kilovat/saat enerji istehsal edə bilər. Tamamilə yerli istehsal olan turbin təxminən 55 min evin elektrik enerjisi ilə tələbatını ödəyə biləcək. Bununla da şərti olaraq ildə 30 min ton kömürə qənaət olunacaq, karbon emissiyası 80 min ton azalacaq.

Sahildən təxminən 35 kilometr məsafədə quraşdırılmış turbində havanın hərarətini, rütubəti, küləyin sürətini və digər məlumatları aşkarlayan yüzlərlə sensor quraşdırılıb. “Ağıllı” turbin hava şəraitinə uyğun olaraq özü öz fəaliyyətini tənzimləyə biləcək. Sakit okeanın şimalı üçün səciyyəvi olan tayfun siklonu zamanı turbin təhlükəsiz və sabit fəaliyyət üçün xüsusi rejimə keçəcək.

İstehsalçı şirkət “Dongfang Electric” korporasiyasının baş meneceri Van Cun bildirib ki, dənizdə 500 meqavat gücündə külək enerjisi istehsalı layihəsi üçün 18 meqavatlıq turbinlərin 26 meqavatlıq turbinlərlə əvəzlənməsi nəticəsində quraşdırılacaq turbinlərin sayı 30 faiz azalacaq. Bu da öz növbəsində istehsal olunan enerjinin maya dəyərinin 10 faiz azalmasına səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930