18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür
Tarix dəfələrlə sübut edib ki,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan,hər bir çətinliyə və əziyyətə dözməyi bacarasan.
Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək,özünün suveren dövlətini yaratmaq imkanını qazandı.
Birinci imkan xarici müdaxilə,daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən itirirdi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşad.
İkinci tarixi imkan bird də 70 il sonra yarandı.
Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrn 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"qəbul olundu.
Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində oldugu azadlığına qovuşdu.
Özünün istiqlal mübarizəsində neçə-neçə Şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım inadla müstəqilliyə dogru gedirdi.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.
Azərbaycan bu gün həm siyasi,həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
2022-ci ildən etibarən "Müstəqilliyin Bərpası Günü"18 Oktyabrda yeni adıyla qeyd edilir.
2022-ci ilin 15 oktyabrında Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü Haqqında"yeni qanun təsdiqlədi.
Qanuna əsasən Mayın 28-i "Müstəqillik Günü,Oktyabrn 18-i isə "Müstəqilliyin Bərpası Günü "elan edildi.
Zöhrə Səmədova