insanhaqlari.az

FHN-in əməkdaşları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər

08-12-2024 Baxılıb: 0

IMG

19-25 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Dünya Kikboksinq Federasiyasının təşklilatçılığı ilə kikboksinq üzrə Hərbçilər arasında I açıq kikboksinq çempionatı keçirilib.

Yarışda 40 müxtəlif ölkədən 800-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən Azərbaycan Kikboksinq milli yığma komandasının üzvləri və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gizir Camal Məmmədov və gizir Ramiz Məmmədov yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, 60 kq çəki dərəcəsində Camal Məmmədov və 57 kq çəki dərəcəsində Ramiz Məmmədov çempionatın bürünc medalına yiyələniblər.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının diplom və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə pauerliftinq üzrə dünya çempionatının gümüş mükafatçısı FHN Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev də iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031