“Darragh” qasırğası İngiltərə və İrlandiyanı təsiri altına alıb. İngiltərə Meteorologiya İdarəsinin verdiyi açıqlamada, İngiltərənin cənub-qərbində bazar günü səhərə qədər güclü küləklər üçün qırmızı hava xəbərdarlığının edildiyi bildirilib. Milyonlarla insana güclü külək, şiddətli yağış və fırtına səbəbindən evdə qalmaq üçün xəbərdarlııq edilib.
Elektrik enerjisinin kəsilməsi, nəqliyyatın hərəkətində yaranan fasilələr və daşqın riski səbəbindən yerli hakimiyyət orqanları da ehtiyat tədbirləri görüb və təcili yardım xidmətlərini artırıb. “Darragh” qasırğası ilə əlaqədar kəskin hava şəraitinin bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib ki, diqqətli olsunlar və göstərişlərə əməl etsinlər.