İtaliyada son 25 ildə ümumilikdə 72 min yeraltı təkan qeydə alınıb.
İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) ölkənin seysmoloji xəritəsini dərc edib. Bildirilir ki, 1999-cu il yanvarın 1-dən 2024-cü il avqustun 31-dək ölkədə maqnitudası 2 və ya daha çox olan 72 min zəlzələ baş verib. Maqnitudası 5 və ya daha çox olan zəlzələlərin sayı 72 olub, üç yeraltı təkan isə 6 bal gücünə çatıb.
Ən çox zəlzələ 2009-cu, 2012-ci, 2016-cı və 2017-ci illərdə qeydə alınıb. Təkcə 2016-cı ildə ölkə ərazisində 70 min yeraltı təkan baş verib ki, bu da indiyədək olan maksimum göstəricidir. 2016-cı, 2017-ci və 2018-ci illərlə müqayisədə 2019-cu ildən başlayaraq yeraltı təkanlarda azalan tendensiya müşahidə olunub.
Ötən il isə İtaliyada 16 min 307 zəlzələ baş verib. Bu da hər 30 dəqiqədə bir yeraltı təkanın qeydə alındığı deməkdir.