insanhaqlari.az

Qəmər adalarının nümayəndəsi: Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik

03-09-2024 Baxılıb: 0

 

Fransa tərəfindən adalarımızda neokolonializm siyasəti hələ də davam etdirilir. İnsanlarımız əziyyət çəkir, bir yerdən başqa yerə köçürülürlər. Bu əziyyətlər nəticəsində minlərlə ada sakini həyatını itirib, on mindən çox insan adadan qovularaq çıxarılıb.

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri səsləndirib.

Sabiq nümayəndə konstitusiyada Qəmər adaları ilə bağlı dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir və ada sakinlərinin hüquqlarını nəzərə almır.

“Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik”, - deyə Mohamed Toihiri diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930