Trampla debat zamanı Bayden rəqəmləri qarışdırdı
ABŞ Prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla debat zamanı rəqəmləri səhv salıb.
Co Bayden ABŞ-də "minlərlə trilyonçu"nun yaşadığını deyib, lakin dərhal sözünü düzəldib. Məlum olub ki, o, 8,2% vergi ödəyən milyarderləri nəzərdə tuturmuş.
"Bəli, bizim ölkədə minlərlə trilyonçu var, daha doğrusu, milyarder var. Nə baş verir? Onlar 8,2% vergi ödəyirlər. Əgər 24-25% vergi ödəsəydilər, 10 il müddətində beş milyon dollar, demək istəyirdim, beş milyard dollar gəlir gətirərdilər", - deyə ABŞ prezidenti bildirib.